Akif Qurbanov və daha üç şəxslə bağlı məhkəmə qərar verdi

“Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən-Akif Qurbanov, Ramil Babayev, İlkin Əmrahov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən hər üç təqsirləndirilən şəxs haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qərarı ilə “Toplum TV”nin əməkdaşı Müşfiq Cabbar haqda da 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ