Qobustanda kişi arvadını öldürdü

Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə martın 2-də saat 11:30 radələrində baş verib. Polisə Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ