“Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamova haqda seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi istintaqın davam etməsi ilə əlaqədar təqdimatı təmin edib.
Qərara əsasən N. Absalamovanın həbsdə saxlanma müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, N.Absalamova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir. “Abzas Media” işi üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı və Elnarə Qasımova da həbs ediliblər.