Naxçıvanda qadın kişini küçənin ortasında döydü - video

Naxçıvan şəhərində gənc qadının ictimai yerdə kişini döyməsinin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 21-də şəhərin mərkəzində - Heydər Əliyev prospektində baş verib. Həmin vaxt 30-35 yaşlı qadının təxminən həmin yaşlarda olan kişini küçədə döyməsi və tutaraq özü ilə aparması, eləcə də kişinin əlacsız şəkildə müqavimət göstərməməsi müzakirələrə səbəb olub.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən saytımıza bildirilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib: “Fevralın 21-də Naxçıvan şəhərində Orxan (adlar şərtidir) və Gülmira adlı şəxslər arasında şəxsi münasibətlərin pozulması zəminində münaqişə baş verib. Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ