Əziz Orucovun həbs müddəti uzadıldı

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

“Qafqazinfo” nun məlumatına görə, Səbail Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Orucovun həbsdə saxlanılma müddəti 1 ay uzadılıb. 

Xəbəri rus dilində oxuyun: В Баку арестован глава муниципалитета

Qeyd edək ki, Ə.Orucov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ