Polisin “saxla” əmrinə tabe olmadı - Həbs edildi

Ağstafada yol hərəkəti qaydalarını pozduğu üçün polisin “saxla” işarəsinə məhəl qoymayan sürücü həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” əmri verilib. 

Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib.

Keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb. Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında avtomobil idarə edən sürücü-Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə edən A. Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ