Sumqayıtda 65 yaşlı qadın öldürülüb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, şəhərin 9-cu mikrorayon ərazisində evlərin birində 65 yaşlı Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 41 yaşlı Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.