Mayor Abdullayevi öldürən hərbçi həbs edildi - FOTO

Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib. 

Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək” , - deyə o bildirib.

Qeyd edək ki, A. Abdullayev mayor olub. O, İkinci Qarabağ Müharibəsində döyüşüb. Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ