“Ən çox bəraət qərarı istintaqı Sabunçu Rayon Polis İdarəsi tərəfindən aparılan işlər üzrə çıxarılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib.
“Məhkəmə nəzarəti qaydasında ləğv edilən cinayət işi üzrə icraata xitam verilməsi və icraatın dayandırılması haqda qərarların çıxarılmasına görə birinci yerdə Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi gedir. Hara baxırsan Sabunçudur”, - Baş prokuror əlavə edib.