Xırdalanda dönərxanada oğurluq - ANBAAN VİDEO

Xırdalanda müştəri qismində dönər yeyən şəxslər dönərxana işçisinin telefonlarını oğurlayıblar. Hadisə anı anbaan kameralara düşüb. 

Əvvəlcə dönər yeyib, sonra isə çay sifariş edib, daha sonra işçilərin başlarının qarışmasından istifadə edib arxa masada olan telefonu götürüblər. Sonra isə çıxarkən başqa bir telefonu da götürərək dönərxananı tərk ediblər. 

“xezerxeber.az” xəbər verir ki, bu kadrlar Abşeron rayonu, Xırdalan qəsəbəsində dönərxanalardan birinin təhlükəsizlik kamerasına düşüb. Müştəri kimi əyləşən şəxslər həm hesabı verməyiblər, həm də iki telefon götürüb, oradan uzaqlaşıblar. 

Hadisə ilə bağlı Abşeron rayon polis idarəsinə məlumat verilib. Hazırda idarədən şübhəli şəxslərin saxlanılması isitqamtində araşdırma davam etdirilir.

Obyektin icarədarı Ayxan Cavadov deyir ki, telefonlardan əlavə bank kartı və qulaqcıq da götürülüb. 

O da bildirilib ki, həmin şəxsləri ümumiyyətlə tanımırlar. Yəni ora daimi gedib-gələn müştərilər olmayıblar. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ