“Nikosayağı” qəzadan sonra ilk dəfə görüntüləndi - Video

Xəbər verdiyimiz kimi, bu gün “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Nikosayağı” prosesdən sonra “Range Rover” markalı avtomobilinə əyləşərək məhkəmə binasının qarşısından uzaqlaşıb.

Unikal Nicat Şakirlinin məhkəmədən çıxdığı anı əks etdirən görüntüləri təqdim edir:

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ