"Avtoş Cabir"i necə qətlə yetiriblər? - TƏFƏRRÜAT

2018-ci il niyabrın 18-də Bakıda baş verən dəhşətli qətl baş verib.

Almaz İldırım küçəsi 112 ünvanında əvvəllər məhkum olunmuş Ehtiram Şərifov odlu silahdan atəş açaraq 1990-cı il təvəllüdlü Cabir Babayevi güllələyərək hadisə yerindən qaçıb.

Cabir Babayev xəstəxanaya aparılarkən vəfat edib.

Qeyd edək ki, “Avtoş 012” ləqəbi ilə tanınan Cabir Babayev Bakıda müxtəlif VAZ markalı avtomobillərlə avtoxuliqanlıq etməklə tanınıb. Bir neçə il öncə o, paytaxt küçələrindən birində yolayrıcını Yol-Patrul Xidməti avtobilinin qarşısından maximum sürət həddi ilə keçdiyinə görə dillər əzbərinə çevrilmişdi.

Belə ki, 10 YP 334 dövlət nömrə nişanlı YPX avtomobilinin qarşısından yüksək sürətlə keçən nəqliyyat vasitəsi 90 KG 012 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil Bakı kəndlərində «Cabir-012» ləqəbilə tanınan «avtoş» Cabirə məxsus olub.

Qətl ilə bağlı ətraflı reportajı jurnalist Ceyhun Həmidov hazırlayıb. Həmin reportajı təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ