Əfsanə həbsdə ana oldu

Dörd ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürmə ittihamı ilə həbs edilmiş 34 yaşlı Əfsanə Məmmədovanın istintaq təcridxanasında övladı dünyaya gəlib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əfsanə Penitensiar xidmətin müalicə müəssisəsində ana olub.

Bu günlərdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. İbtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib. Sumqayıt Şəhər Məhkəməsi məhkum ananın həbsdə saxlama müddətini 3 ay daha uzadıb.

Xanım müttəhimə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir. Qanuna əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olması müttəhimin cəzasını yüngülləşdirən hallardan hesab edilir.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib.

İddianamədə deyilir ki, Ə.Məmmədova əri Ağahüsyen İmanovu bıçaqla qətlə yetirdikdən sonra könüllü olaraq təslim olub. Onlar hadisədən 3 ay əvvəl ailə həyatı qurublarmış.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ