Paytaxtın Binəqədi rayonunda mağazadan 170 manatlıq spirtli içki oğurlanıb.
Bu barədə məlumat Baku.ws məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 7-si, saat 5 radələrində, Binəqədi rayonunun 10 May küçəsində yerləşən marketlərindən birində baş verib.
Oğurluq halı ilə bağlı polisə məlumat verilib.