Sumqayıt şəhərində ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Buta.media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, gecə saatlarında Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Seymur Şahmar oğlunu saxlayıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.