Rəşad Dağlının cinayəti ilə bağlı yeni görüntülər yayıldı - video

ARB-də yayımlanan “Kriminal” proqramı bu dəfə hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıya həsr olunub.

Verilişdə meyxanaçının törətdiyi qətlin görüntüləri, hadisədən sonra an əks olunub.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ