Talassemiya xəstələrin valideynlərinə 980 min manatdan çox dələduzluq edən qadın həbs edilib.
Bunu Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki canlı yayımda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.
O bildirib ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı bu ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub:
“Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talasimiya xəstəsəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manat dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir”.