Azərbaycanlı iş adamını vəhşiçəsinə öldürdülər

Dağıstanın Xasavyurt şəhərində azərbaycanlı iş adamı öldürülüb, bu barədə Shot telegram kanalı məlumat yayıb.

Məlumata görə, 37 yaşlı Cabir adlı Azərbaycan vətəndaşının evinə basqın edilib. Hücum edənlər bir nəfəri yaşadığı mənzildə döyərək öldürüblər. Qətl zamanı onun həyat yoldaşı da evdə olub.

Bildirilir ki, Cabirin kiçik məişət texnikası və mətbəx əşyaları mağazası olub. Ötən gecə o, ezamiyyətdə olduğu Dubaydan Xasavyurta qayıdıb. Səhər saat 5 radələrində onun evinə iki naməlum şəxs gəlib. Cabir onlara danışıb. Daha sonra söhbət davaya çevrilib.

Hazırda polis cinayətin iştirakçılarını axtarır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ