Azərbaycanda qohumlar arasında ədavət faciə ilə bitdi

Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. 

S.Manafov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, polis əməkdaşıdır.

Araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ