Bakıda qudalar arasında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, hadisə cari ilin aprel ayında baş verib:
“Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib”.
17:29
Sabunçu rayon icra hakimiyyətinin həyətində iki nəfər əlbəyaxa dava edib.
Dava kənar şəxslərin müdaxiləsi nəticəsində dayandırılıb.
Daha sonra avtomobilə minən şəxs maşını dava etdiyi şəxsin üzərinə sürüb.