Sayt rəhbəri şantaja görə həbs edildi

Vətəndaşlardan daxil olan müraciətlər əsasında “azerinfo.az” xəbər saytının rəhbəri İbrahim Qubad oğlu Hümbətov polis əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi qaldırılaraq dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.

Qeyd edək ki, eyni əməllərə görə “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov da həbs edilib, barəsində cinayət işi açılıb, istintaq gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ