10-cu sinif şagirdi məktəbdə bıçaqlandı

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb litseyində qeydə alınıb.

Belə ki, məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü R.M sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Ətraflı

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə o, sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyətində qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ