Xəbər verdiyimiz kimi, Gəncədə qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb. O, bacısının boğazını kəsərək qətlə yetirib. Pəri Allahverdizadəni qətlə yetirən qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. Əli Allahverdizadə hərbçidir.
News24.az qardaşının qətlə yetirdiyi 22 yaşlı Pəri Allahverdizadənin fotosunu əldə edib.
Xatırladaq ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106 ünvanında baş verib. 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsinin kəsilməsi səbəbindən vəfat edib. Gənc qızı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
APA-nın məlumatına görə, qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün öldürüb.