İstanbulda “Kartel-2” əməliyyatı - Narkokartel başçısı ələ keçdi

“İnterpol” tərəfindən axtarışda olan beynəlxalq narkokartel başçısı İstanbulda polis tərəfindən saxlanılıb.

“Beynəlxalq narkotik dəstəsinin rəhbəri, “İnterpol” tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Nenad Petrak İstanbulda “Kartel-2” əməliyyatı zamanı şəhərin Üsküdar rayonunda saxlanılıb”, - deyə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Petrakın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup doqquz ölkədə fəaliyyət göstərir və Cənubi Amerikadan Avropaya narkotik qaçaqmalçılığı ilə məşğuldur. O, vətənində narkotik qaçaqmalçılığı ilə yanaşı qətldə də ittiham olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ