Bakıda ölürülən 24 yaşlı İzmirin qətli ilə bağlı yeni məqamlar üzə çıxdı - foto

Noyabrın 13-nə keçən gecə Binəqədinin Matadrom yaşayış massivində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hadisənin 1999-cu il təvəllüdlü İzmir Savadovun və 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.

Nəticədə H.Əliyev maşından düşərək 24 yaşlı İzmirə bıçaqla xəsarətlər yetirib.

Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ