Noyabrın 12-si Yevlax rayonu ərazisində 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun baş nahiyyəsindən xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Yevlax Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Saleh Əliyevin Yevlax şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Əhməd Nəsibovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Qafqazinfo-nun məlimatına görə, Ə.Nəsibov parkda “Makarov” tapançası ilə başından vurulub.
Vurulan şəxs TikTok-un aktiv istifadəçisi olub. O, həmin sosial şəbəkədə daha çox “azəri canavar” adı ilə tanınıb.