Sumqayıtda evə basqın edən şəxslə bağlı yeni fakt üzə çıxdı

Sumqayıtda evə silahlı basqın etməkdə təqsirləndirilən Müşfiq Tağıyevlə bağlı yeni faktlar ortaya çıxıb. 

News24.az-ın məlumatına görə, Müşfiq Tağıyev hadisəni törədərkən üzərində ödənilməmiş məhkumluğu olub. 

Belə ki, 02.07.2022-ci ildə o, Sumqayıt şəhəri Yaşıl dərə ərazisində qonşusu Əli Məmmədovla su borusu üstündə münaqişə edib və münaqişə nəticəsində qonşusuna yumruq-təpik zərbələri ilə xəsarətlər yetirib. 

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə M. Tağıyev 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmənin hökmü ilə onun ayağına elektron qolbaq nəzarət vasitəsi vurulub. 19 oktyabr 2023-cü il tarixində barəsində məhkumluq hökmü çıxarılan M.Tağıyev 10 gün sonra qətl hadisəsini törədib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ