Gəncədə narkomanlar məktəbli qıza hücum edərək ona iynə vurublar? - audio

Gəncə şəhərində məktəblərdən birində şagirdlərə "Patı" təklif edilir.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə səs yazısı yayılıb.

Valideynlərdən biri iddia edib ki, kimliyi bəlli olmayan qadın Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərindən birinə konfet adı ilə patı təklif edib.

Uşaq etiraz etməsin deyə qadın ona alma, banan da vermək istəyib. Məktəbli bunu qəbul etmədikdə qadın arxadan onun boynundan tutaraq iynə ilə narkotik maddə vurub.

Sözügedən şagird Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Təcili yardımla tibb müəssisəsinə gətirilən şagirdin vəziyyəti pis olub, təzyiqi və ürək döyüntüləri normadan çox yüksək olub. Həkimlər onun bədənin narkotik maddəyə uyğunlaşdığını və onda tələbat yarandığını bildiriblər.

Şikayətçinin sözlərinə görə, narkotik maddə məktəblərin bufetlərinə də paylanılır. Tələbat yaransın deyə uşaqların yeməyinə qatılır.

Məsələ isə bağlı Daxili İşlər Nazirliyi nin (DİN)  mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasimovla əlaqə saxladıq.

Eşqin Qasimov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu barədə araşdırma aparılır və əlavə məlumat veriləcək:

"İddialar araşdırma predmetidir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə əlavə məlumat veriləcək"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ