Gözəllik salonunda öldürülən Pərvanənin görüntüləri yayıldı - foto

Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin təfərrüatı məlum olub.

“Trend”in əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda baş verib.

Belə ki, Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 41 yaşlı Zamin Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törədib.

Məlumatlara görə, cütlük bir neçə il əvvəl ayrılıb. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb.

Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan salonda işləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ