Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən “Safa Cake” un məmulatları mağazasında təndirçi qadının telefonu oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 25-i axşam saatlarında mağazaya gələn 2 nəfər oranın işçisi Lətafət Məmmədovanın telefonunu gizli şəkildə talayıblar.
Belə ki, qabaqcadan əlbir olan şəxslərdən biri qadının diqqətini yayındırıb. Bu zaman digər şəxs təndirçinin telefonunu götürərək çörəklə birgə oradan uzaqlaşıb.
Hadisə ilə bağlı L.Məmmədova Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə müraciət edib.
Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.