Azərbaycanda dəhşətli qətl kameraya düşdü - video

Cəlilabadda ötən gecə məhkumluqdan yenicə azadlığa çıxan şəxs yolun kənarında ürəyindən bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində baş verib. Aptekdən dərman alaraq çıxan 1977-ci il təvəllüdlü Mirxəqani  Əhmədov elə yolun kənarında ürək nayihəsindən bıçaqlanıb.

Mirxəqani ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun  bhəyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, öldürülən Mirxəqani Əhmədov 6 il məhkumluq həyatı yaşayb və yenicə azadlığa çıxıb.

İddia olunur ki, hadisə qisas zəminində baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ