Oktyabrın 25-də saat 17 radələrində paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlunun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci təvəllüdlü Əsgərov Adil Xəlil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Adil Əsgərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.