“Lotu Quli”ni Lənkəranskinin qətlinə görə öldürüblər - yeni detallar

Azərbayanlı “Qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun 2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi davam edir.

“Qafqazinfo” xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər Rəsul Həsənov və Əli Mövlamlı məhkəmə zalında iştirak edib. 

Qətlə görə digər təqsirləndirilənlər Xaqan Zeynalov, Əmir Həmidli, başqa bir cinayətdə təqsirli bilinən Ümid Nəcəfov isə prosesə saxlanıldıqları həbsxanadan onlayn olaraq qatılıblar. 

Ev dustaqlığında olan Cəmil Keleş, Erkan Aşan və Nürsen Arasoğlu iclasa qatılmayıb.

İclasda prokuror işin mahiyyəti ilə bağlı fikirlərini açıqlayıb. O, Nadir Səlifovun qətlinin digər azərbaycanlı “Qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qisasının alınması məqsədilə törədildiyini açıqlayıb.

Prokuror mahiyyəti üzrə rəyində bildirib ki, Rövşən Canıyevin qətlindən sonra onun qardaşı Namiq Caniyev tərəfindən yeni təşkilat yaradılıb.

Prokuror Cəfər Əlizadə, Namiq Canıyev, Xanımnisə Məmmədova və Camal Həsənov barəsində çıxarılmış həbs-qətimkan tədbirinin icrası mümkün olmadığından onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılmasını istəyib. O, digər təqsirləndirilən şəxslər Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfovun qəsdən adam öldürmə cinayətinə görə ayrı-ayrılıqda ömürlük azadlıqdan məhrum edilməsini istəyib. 

İclasda çıxış edən təqsirləndirilən şəxslər hadisədə iştirak etmədiklərini iddia edərək, azadlığa buraxılmalarını və bəraət hökmünün çıxarılmasını tələb ediblər. Vəkilləri müdafiəyə hazırlaşmaq üçün vaxt istəyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ