Politoloq Nəzakət Məmmədova saxlanılıb.
Bu barədə jurnalist, Criminal.az saytının rəhbəri Anar Məmmədov məlumat yayıb.
N.Məmmədova Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, N.Məmmədova ölkəmizdə Rusiyanın əsas təbliğatçılarından biri kimi tanınır.