Ötən gün Şərurda baş verən qətlin bəzi detalları məlum olub.
APA xəbər verir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.
İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.
Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə “Dana Vüqar” kimi tanınan, keçmiş məhkum Vüqar Ağayevin qardaşıdır.