Öldürülən müğənninin anası qətlin səbəbini açıqladı - video

“Üç dəfə Yaqut evə polis çağırıb. Gəlib qızımdan 30 min manat pul istəyib. Yaqut niyə ona o pulu verməli idi ki?”

Bunu həyat yoldaşı tərəfindən qətlə yetirilən 43 yaşlı müğənni Yaqut Həşimovanın anası “Günə son” verilişində deyib.

“Kürəkənim Anar Həşimov heç yerdə işləmirdi. Qızım ona ərə gedəndə bir ay evdə söz-söhbət oldu. Yaqut ona ərə gedəndən xoş günü olmadı.

“Ayrıl, qoy çıxsın getsin” deyirdim. Amma Yaqut cavab verirdi ki, oğlum var. Sonda da gəldi bu yerə çıxdı. Kürəkənim gəlib hazır evdə oturub. Hələ Yaqut ona avtomobil də aldı ki, taksi kimi işlətsin”.

Qeyd edək ki, Yaqut Həşimova “Azəristar” müsabiqəsinin iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınıb.

Y.Həşimovanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ