14 yaşlı Aytacı öldürən “əri” axtarılır

14 yaşlı Aytac Şahmarovanı qətlə yetirən həyat yoldaşı 30 yaşlı Alim Sadıqov gürcü polisi tərəfindən axtarılır.

Hadisə oktyabrın 5-də Gürcüstanda Saqareco bələdiyyəsinin Ləmbəli kəndində baş verib.

Qeyd olunur ki, qətlə yetirilən azyaşlı iki ay əvvəl qaçırılıb. Hadisə ilə bağlı onun ailəsi və oxuduğu məktəb heç bir hüquqi tədbir görməyib.

Aytac Şahmarova bu müddət ərzində bir neçə dəfə evdən qaçmağa da cəhd edib.

Yerli sakinlərin sözlərinə görə, cinayət hadisəsi “ər və arvad”ın qohumlarının toyuna getməyə hazırlaşdığı vaxt baş verib. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu yeniyetməni odlu silahdan 3 dəfə atəş açaraq öldürüb.

Faktla əlaqədar Gürcüstan DİN tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ