Xırdalanda qadına bıçaqla zorakılıq edən şəxs onu evindən çıxarıb

Abşeronda kişi küçədə qadına qarşı zorakılıq edib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, özünü qadının əri kimi qələmə verən şəxs bıçaqla onu hədələyərək ayaqyalın evdən çıxarıb.

Hadisəyə şahidlik edənlər həmin şəxsin narkotik vasitənin təsirində olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Qaynar Xəttinə müraciət olunub.

Dərhal sonra hadisə yerinə polis əməkdaşları cəlb olunaraq sözügedən şəxs barəsində müvafiq tədbirləri görüblər.

Faktla bağlı araşdırma aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ