Goranboyda kürəkən qayınanasını və arvadını bıçaqladı

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb.

Belə ki, iki qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, bıçaqlan şəxslər ana və qızıdır. Onları ailənin kürəkəni bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ