Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhramanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, 31 il sonra nəşinin qalıqları tapılan R.Əhmədov İkinci Şəhilər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.

Həmin anın videosunu təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ