“Lotu Quli”nin qardaşı oğlu Türkiyədə güllələndi

İstanbulda naməlum şəxslər Türkiyədə öldürülən azərbaycanlı “avtoritet” Nadir Səlifovun (Lot Quli) qardaşı oğlu Məhəmməd Qurbanovun avtomobilinə atəş açıblar, bu barədə Türkiyə mətbuatı yazır.

Bildirilir ki, Qurbanov, təqaüddə olan polis Yılmaz Dəmir, Mehmet Ajermen adlı şəxs və gürcü azərbaycanlı İsrafil Orucovun olduğu maşını naməlum avtomobil təqib etməyə başlayıb və onlar yaxınlaşanda atəş açılıb. Nəticədə atəşə tutulan avtomobil yol nişanına çırpılıb.

Hücumçular atəşə davam edib, sonra hadisə yerindən qaçıblar.

Qurbanov, Əcərmən və Orucovun yaralandığı, Dəmirin aldığı xəsarətlərdən dünyasını dəyişdiyi qeyd edilir.

Türkiyə polisi hadisə ilə bağlı araşdırma aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ