Bakıda məşhur hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb

Bakı şəhərinin Xəzər royunu Türkan qəsəbəsində yerləşən “Santafe Beach” hoteldə əxlaqsızlıq yuvası yaradan oranın icarədarı, 1977-ci il təvəllüdlü Fəqan Salmanov barəsində cinayət işi başlanıb.

“Qafqazinfo” xəbər verir ki, F.Salmanov Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvası təşkil etmə, saxlama) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Onun barəsində toplanmış materiallar Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə iş adamı 3500 manat məbləğdə cərimə edilib.

Qeyd edək ki, 2016-cı ildə də sözügedən hoteldə əməliyyat keçirilib. Hotelin sahibi, həkim-uroloq Kənan Əhmədovun Bakı və Abşeronda da digər bu kimi obyektlərinin olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ