Bakıda oğurlayıb içdiyi viskilər başına bəla oldu

Bakıda məşhur marketlərdən özünə içmək üçün bahalı viskilər oğurlayan şəxsə hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Vidadi Qurbanov (ad-soyad şərtidir) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, V.Qurbanov ayrı-ayrı marketlərdən əvvəlcə yalnız “Hennessy VSOP” markalı konyaklar oğurlayıb ki, bunun da birinin qiyməti 158 manat olub.

Təqsirləndirilən şəxsin viski zövqü də eyni olub. Belə ki, o, fərqli-fərqli marketlərdən ancaq qiyməti 375 manat olan “X18 Oak 15 Yo” viskiləri oğurlayıb.

O, oğurladığı spirtli içkiləri gün ərzində hiss-hissə içdiyini deyib.

Qeyd edək ki, V.Qurbanov əvvəllər də məhkumluq həyatı yaşayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ