Bakıda kişi küçənin ortasında qadını bıçaqladı - video

Yasamal rayonunda qadın küçədə bıçaqlanıb. Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Orta yaşlı kişi yolda gedən qadına yaxınlaşaraq, ona bıçaqla xəsarət yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Məlumata görə, onlar tanış olub, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Videonu jurnalist Könül Aypara sosial şəbəkə hesabında paylaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ