Məhərrəmliklə bağlı vətəndaşlardan pul yığan şəxsə cinayət işi açıldı - video

Xəbər verdiyimiz kimi, Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əskinaslar təqdim edilməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edilən əməli törətdiyi üçün polislər tərəfindən saxlanılan 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun əməlindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat ver bilərlər. Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ