Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı intihar edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, icra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib.
O, hadisə yerində vəfat edib. Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Qeyd edək ki, xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov hazırda işsiz idi.