Bakıda Çin vətəndaşı qadına görə həmyerlisini öldürüb - Təfərrüat

Bakıda Çin vətəndaşının öz həmyerlisi tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Yuan Tiangangın 48 yaşlı Pan Yuan Liangı qısqanclıq səbəbindən öldürməsi müəyyən edilib.

Bildirilib ki, Bakıya işləmək məqsədilə gəlmiş Çin Xalq Respublikasının vətəndaşları Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada yaşayıblar. 40 yaşlı Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalırmış. İyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Panın onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, əsəbi halda Panın baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib.

Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Pan Yuan Liangı dindirmək mümkün olmayıb. 4 gün müddətində reanimasiyada qalan şəxs iyulun 18-də vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir.

Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ