Bakıda davada xəsarət alan Çin vətəndaşı xəstəxanada öldü

Bakıda Çin vətəndaşları arasında dava birinin ölümü ilə nəticələnib.

Nizami Rayon Prokurorluğundan verilən xəbərə görə, 1975-ci il təvəllüdlü Pan Yuan Liang aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma zamanı Çin Xalq Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın iyulun 14-də Nizami rayon Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirməsi və zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir.

Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ