Polkovnik-leytenantı vurub öldürən sürücüyə hökm oxundu

Ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində ehtiyatda olan hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovu avtomobillə vurub öldürən sürücüyə bu gün hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Toyota Carolla” markalı avtomobillə 44 yaşlı hərbçini vuran Arif Mirzəyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. A.Mirzəyev məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisədən sonra mərhum M.Əhmədovun həyat yoldaşı Ülkər Əhmədova saytımıza müraciət edərək istintaqın gedişatından narazı olduğunu bildirmişdi.

1979-cu il təvəllüdlü Mərdan Əhmədov Daxili Qoşunların ehtiyatda olan xüsusi təyinatlı polkovnik-leytenantı olaraq xidmət müddətində Azərbaycan Prezidenti adından qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı ilə təltif olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ