Lotu Quliyə sui-qəsdin təşkilatçısı həbs edilib

İstanbul polisi Rusiyanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi mütəşəkkil cinayətkar qruplaşmanın lideri Quram Çixladzeni saxlayıb.

Bu barədə İstanbul Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, idarənin nümayəndələri iyulun 14-də İstanbulun Küçükçekmece rayonunda keçirilən əməliyyat zamanı Caniyevin rəhbəri olduğu mütəşəkkil cinayətkar qruplaşmasının lideri Çixladzeni saxlayıblar.

Dindirilmə zamanı müəyyən edilib ki, cinayətkar “müstəqil olaraq Rusiya və Azərbaycanda mütəşəkkil cinayətkar qrupların adından həyata keçirilən hərəkətləri Türkiyədən istiqamətləndirib, zirehli avtomobillərdə, silahlı mühafizəçilərin müşayiəti ilə Türkiyə ərazisində hərəkət edib və Türkiyədə mütəşəkkil cinayətkar qrupun fəaliyyətinə cavabdeh olub”.

Şəhər təhlükəsizlik idarəsinin məlumatına görə, Çixladze 2016-cı ildə İstanbulda qanuni oğru Rövşən Caniyevin (Lənkəranski) qətlindən sonra kriminal cəmiyyətə rəhbərlik edib. Rusiya Federasiyasında çoxsaylı cinayətlərdə, o cümlədən qətllərdə ittiham olunaraq İnterpol tərəfindən axtarışa verilib. 2020-ci ildən Çixladze Türkiyədədir.

Məlumatda bildirilir ki, iyulun 15-də mütəşəkkil cinayətkar dəstəsinin rəhbəri məhkəmələrin qərarı ilə həbs edilərək istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, 2020-ci ildə Çixladze İstanbulda qanunsuz silah saxladığına görə saxlanılıb. Bundan əvvəl o, həm də kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) sui-qəsdə görə həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ